Bayramda milli parklarda gözlənilən HAVA PROQNOZU 

Bayramda milli parklarda gözlənilən HAVA PROQNOZU 

Hazırda oxunan: Bayramda milli parklarda gözlənilən HAVA PROQNOZU 

131863

Bayram və istirahət günlərində (aprelin 21-22-23-24-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Samur-Yalama milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir. 

22-i gündüz yağıntıda yaranan qısa fasilədən sonra 23-də gündüz yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq. 

Altıağac milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir. 22-i gündüz yağıntıda yaranan qısa fasilədən sonra 23-də gündüz yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. 
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-17° isti olacaq. 

Ağgöl milli parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 21-də gündüz yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti olacaq. 

Qızılağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 21-də axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 19-21° isti olacaq. 

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-6° isti , gündüz 11-14° isti olacaq. 

Şirvan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i axşamdan, 22-si gündüzədək arabir şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 21-24° isti olacaq. 

Hirkan milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 21-də axşam arabir yağış yağacağı ehtimalı var.Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 19-21° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO