Sabahın hava proqnozu AÇIQLANDI 

Sabahın hava proqnozu AÇIQLANDI 

Hazırda oxunan: Sabahın hava proqnozu AÇIQLANDI 

131855

Bakıda və Abşeron yarımadasında aprelin 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 9-13° isti, günün birinci yarısında 14-19°, bəzi yerlərdə 21°-dək isti, axşama doğru isə şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar temperatur 4-5° aşağı enəcək. 

Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. 

Azərbaycanın rayonlarında gündüz şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO