Ordumuz müharibəni düzgün planlaşdırmışdı. Yoxsa bizim üçün çətin olardı. Düzgün yanaşma nəticəsində biz qələbə çaldıq.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirilən onlayn mətbuat konfransında söyləyib:
MÖVZU İLƏ BAĞLI:
“GUAM-da uzunmüddətli planları görmək istəyirik” – PREZİDENT
“Düzgün qurulmuş koordinasiya, pilotsuz aparatların, xüsusi təyinatlılar, kəşfiyat xidməti, Silahlı Qüvvələrin və Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlılarında olan hərbiçilərimiz sayəsində bizim əməliyyatlarımız uğurlu alındı.
Düşmən hələ də bimir ki, biz Şuşaya necə daxil olmuşuq. Əsgərlərimiz onların ağıllarına gəlməyən mövqelərdən, odlu silah və bıçaqla Şuşaya daxil olub.
Mən tapşırıq vermişdim mülki əhali arasında itki olmasın. Hətta hərbçilər arasında da itki minimal oldu.
Bizim 40-a yaxın mülki əhalimiz düşmən gülləsinə tuş gəlib. Bu Gəncə və Bərdə terrorunda oldu. Bizim onların mülki əhalisi ilə işimiz olmadı.
Biz yalnız öz torpaqlarımız üçün döyüşdük. İndi Vətən müharibəsində həyata keçirdiyimiz əməliyyatlar hərbi məktəblərdə tədris olunur. Bu Azərbaycanın, ordusunun uğurudur”.
Bizim.Media