“Azərbaycan çox haqsızlıqlar yaşayıb və bunu düzəltmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bu barədə “Report”a Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer bildirib.
“Mən Azərbaycanın 30 il ərzində yaşadığı ədalətsizliyi düzəltməyə çalışmaq niyyətindəyəm. Bərpa və tərəqqi görmək istəyirəm”, - o deyib və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün çox güclü siyasi xətti var.
“Ümid edirəm ki, bu, davam edəcək və regionda sülhə gətirib çıxaracaq”, - Fond rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-da təsis etdiyi Fondun məqsədi Azərbaycanın mədəni irsini dünyada təbliğ etməkdir.
Xanım Qringer, həmçinin qeyd edib ki, bir yəhudi kimi onun üçün İran-Azərbaycan sərhədində, Cəbrayıl rayonunda olmaq xüsusi əhəmiyyət kəsb edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:52 / 19.04.2023
Nurit Qringer: “Azərbaycan çox haqsızlıqlar yaşayıb”
Hazırda oxunan: Nurit Qringer: “Azərbaycan çox haqsızlıqlar yaşayıb”
Hazırda oxunan: Nurit Qringer: “Azərbaycan çox haqsızlıqlar yaşayıb”
131771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.