Salyanda “ASAN Xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO

Salyanda “ASAN Xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Salyanda “ASAN Xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO

131618

Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, ötən gün ölkə başçısı İlham Əliyev Salyan rayonuna səfər edib.

Səfər sırasında ölkə başçısı bir sıra inzibati binaların açılışında iştirak edib. Sözügedən inzibati binalardan biri də Salyan regional “ASAN xidmət” mərkəzidir.

Bildirilib ki, Salyan regional “ASAN xidmət” mərkəzi üçün ayrılan yer 2 hektar ərazini əhatə edir.

Ərazidə mərkəzin 3 blokdan ibarət inzibati binası, yerüstü 2 avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb, digər fasadlarda müasir alkapon, şüşə vitraj və keramoqranit materiallarından istifadə edilib.   

Salyan regional  “ASAN xidmət” mərkəzi ümumilikdə Respublika üzrə 25-ci mərkəzdir. 

Məlumata görə, Salyan, Neftçala, Biləsuvar, Şirvan, rayonlarında qeydiyyatda olan ümumilikdə 426.600 vətəndaş mərkəzə məhdudiyyət olmadan fəaliyyət göstərəcək. 

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.   

Əməkdaşların ümumi sayı 205, könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulur. 

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq asan.gov.az saytına keçid edə bilərsiniz. Həmçinin "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, yashat.gov.az portalına keçid etməklə "YAŞAT" Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür. 
Həmçinin burada region gəncləri üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət göstərməsi də nəzərdə tutulur.









Elşən Feyzullayev, Cənub bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO