Baş Prokurorluq Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki qəbiristanlıqda qəbirlərin dağıdılması faktı ilə bağlı cinayət işi başlanması barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlərin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:38 / 19.04.2023
Zabrat qəbristanlığında qəbir daşları DAĞIDILDI - Cinayət işi BAŞLANILDI
Hazırda oxunan: Zabrat qəbristanlığında qəbir daşları DAĞIDILDI - Cinayət işi BAŞLANILDI
Hazırda oxunan: Zabrat qəbristanlığında qəbir daşları DAĞIDILDI - Cinayət işi BAŞLANILDI
131613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.