Qarabağ və Şərqi Zəngəzurda çalışmaq istəyənlər yeni güzəştlərdən yararlanacaq.
Qanunvericiliyə edilən dəyişikliklərə görə, bu ildən etibarən yeni imtiyazlar müəyyənləşib. Belə ki, işğaldan azad edilən ərazilərdə çalışacaq işçilərin son 5 ildə ən azı 2 il təcrübəsi varsa, birdəfəlik 600 manat müavinət alacaqlar.
Bununla yanaşı, gəlir vergisi və sosial sığorta ödənişlərindən də azad ediləcəklər.
Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı İctimai televiziyaya (İTV) bildirib ki, vətəndaşlarımızın ödədiyi sosial ödənişlər dövlət tərəfindən subsidiya ediləcək.
Daha ətraflı videosüjeti izləyə bilərsiniz:
Bizim.Media