Şabranda qu quşlarının ovlanması ilə bağlı cinayət işi BAŞLANDI 

Şabranda qu quşlarının ovlanması ilə bağlı cinayət işi BAŞLANDI 

Hazırda oxunan: Şabranda qu quşlarının ovlanması ilə bağlı cinayət işi BAŞLANDI 

131507

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ov etmə faktı ilə bağlı araşdırma aparılıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Araşdırmalar zamanı Şabran rayonu ərazisində yerləşən ovçuluq təsərrüfatının ərazisində “Harayçı qu”, habelə ovlanması tamamilə qadağan olunmuş Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş “Fısıldayan qu” quşlarının qanunsuz olaraq ovlanması nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. 
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 258.2.1 (külli miqdarda ziyan vurnaqla qanunsuz ov etmə) və 258.2.3-ci (ovlanması tamamilə qadağan edilmiş quşları ovlama) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO