Enerji içkiləri ilə iftar açmaq olar? – İlahiyyatçılardan TƏZADLI YANAŞMA

Enerji içkiləri ilə iftar açmaq olar? – İlahiyyatçılardan TƏZADLI YANAŞMA

Hazırda oxunan: Enerji içkiləri ilə iftar açmaq olar? – İlahiyyatçılardan TƏZADLI YANAŞMA

131494

Ramazan ayının sonlarına yaxınlaşdıqca bəzi suallar hələdə ortaya çıxır. Bu günkü mövzumuz isə iftarı enerji içkiləri və ya qazlı sularla açmaq mümükündürmü? 

“TikTok” sosial şəbəkəsində canlı yayım zamanı ilahiyyatçı Şahlar Şıxəliyev qeyd edib ki, orucu enerji içkiləri ilə açmaq günah əməl deyil və orucu batil etmir. 

Bəs, orucu enerji içkiləri ilə açmaq dərəcədə düzgündür? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Heydər Məscidinin imamı Hacı Rüfət Qarayev bildirib ki, kiminsə iftarı hansı içki ilə açması ilə bağlı fikirlərindən öncə, dinin tövsiyələrinə baxmaq lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

Enerji içkiləri xərçəng xəstəliyi yaradır? - AÇIQLAMA


“İslamın qrucusu və rəhbəri Hz. Məhəmməd buyurur ki, "Oruc tutun, sağlam olun!". Orucun bir çox faydalarından biri də sağlam olmaqdır. Buradan yola çıxaraq sağlamlığımızı qorumalı və istifadə edəcəyimiz qidalara diqqət yetirməliyik.

Orucu nə ilə açmağımıza gəldikdə isə Həzrəti Məhəmməd (s) buyurur ki, orucu xurma ilə açın. Xurma olmazsa su, o da olmadığı təqdirdə digər halal və faydalı olan qidalarla orucunuzu aça bilərsiniz. 

Bu gün müasir fikir və içkilərə gəldikdə isə istər enerji içkiləri, istər digər qazlı sular halal olsa belə, zərərli qidalardır. Bunlardan çəkinməyə ehtiyac var. Bir şey şəriətlə zahirən haram olmasa da, Allaha inanan insan həm sağlamlığını düşünərək və həm də mənəviyyatını düşünərək şübhəli olan şeylərdən çəkinməlidir.”

İlahiyyatçı alim, fəlsəfə üzrə elmlər doktoru Abbas Qurbanov isə məsələ ilə bağlı bildirib ki, iftar saatı gəlib çatıbsa, enerji içkisi orucu batil etməz: 

“Amma tibb sahəsində işləyən insanlar dəfələrlə deyiblər ki, energetik içkilər insanların sağlamlığına mənfi təsir edir. Buna görə də, uzun müddət ac qalan birinin orucunu energetik içki ilə açmış olması xoş görülməyən bir addımdır. 

Yəni, adi su ilə eyni mahiyyəti daşısa belə, tərkibi və ya orucunu açan insana necə təsir edəcəyi bəlli olmadığı üçün, energetik içki ilə orucun açılması uyğun görülməyən addımdır. Ona görə də insanlarımızı belə bir şeyə təşviq etməkdənsə, onların tərkibi bəlli olan xurma və ya su ilə oruclarını açmalarını məsləhət bilmək və ya tövsiyə eləmək olar".

Ziya Hikmətoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO