Sədr Ramazan bayramı ilə bağlı tapşırıq verdi

Sədr Ramazan bayramı ilə bağlı tapşırıq verdi

Hazırda oxunan: Sədr Ramazan bayramı ilə bağlı tapşırıq verdi

131473

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə qeyd olunacaq Ramazan bayramı ilə bağlı tapşırıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Məlumata görə, M.Qurbanlı aprelin 18-də videoformatda keçirilən müşavirədə Ramazan bayramı ilə əlaqədar DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb.

Sədr bayram namazında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini, o cümlədən bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsinin labüdlüyünü vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO