Azərbaycan ermənilərə 18 meyit verdi

Azərbaycan ermənilərə 18 meyit verdi

Hazırda oxunan: Azərbaycan ermənilərə 18 meyit verdi

131321
Azərbaycan bazar günü Ermənistan tərəfinə 18 hərbçinin meyitini verib.
 
Bu barədə Qarabağ separatçılarının sözçüsü David Babayan “İnterfaks”x9d agentliyinə açıqlamasında deyib.
 
Qeyd edək ki, bundan öncə 2-5 aprel tarixlərində cəbhədə baş verən hərbi əməliyyatlar zaman döyüş meydanında meyitləri qalan hərbçilərin nəşinin dəyişdirilməsi barədə razılıq əldə olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatınaa görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Bu gün meyitlərin dəyişilməsi prosesində ermənilər yenidən atəşkəsi pozublar.
 
Dövlət Komissiyası bu barədə ətraflı məlumat yayacağını qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO