Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi və nəticədə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb.
Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, sudan çıxarılan avtomobildə insan faktoruna rast gəlinmədiyindən, batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları dalğıc-axtarış qrupu tərəfindən kollektorda davam etdirilir.
MÖVZU İLƏ BAĞLI:
Beyləqanda hərbçinin idarə etdiyi avtomobil KANALA DÜŞÜB - FOTO
Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.
Nazirlik hərbçi Sahil Ağayevin avtomobilinin suadın çıxarılmasının görüntülərini də yayıb. Həmin görüntüləri təqdim edirik:
Bizim.Media