Top 800 universitetlərin siyahısına düşmək əsas hədəfimizdir - Nazir

Top 800 universitetlərin siyahısına düşmək əsas hədəfimizdir - Nazir

Hazırda oxunan: Top 800 universitetlərin siyahısına düşmək əsas hədəfimizdir - Nazir

131210

Ali təhsil sistemimizlə bağlı bir sıra prioritetlərimiz var. Burada ilk növbədə Azərbaycan universitetlərində tədqiqat və təhsilin keyfiyyətinin artırılması istiqamətində reytinqlərdə irəliləməkdir.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun təşkili adlı kollegiyal məşvərət iclasında deyib.

O bildirib ki, top 800 universitetlərin siyahısına düşmək əsas hədəfimizdir:

"Biz əgər keyfiyyət təminatı sistemlərini qurmadan muxtariyyətə gedəcəyiksə, keyfiyyətə nəzarət funksiyamızı itirmiş olacağıq. Bu gün əsas məsələ qəbul planının neçə faiz doldurulmasıdır. Mənim üçün bu, o qədər də əhəmiyyət kəsb etmir. Çalışmalıyıq ki, rəqabətli sistemə keçək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO