Deputatdan Bakı Şəhər İcra Hakimiyyətinə sərt TƏNQİD – “Olmaz belə!” 

Deputatdan Bakı Şəhər İcra Hakimiyyətinə sərt TƏNQİD – “Olmaz belə!” 

Hazırda oxunan: Deputatdan Bakı Şəhər İcra Hakimiyyətinə sərt TƏNQİD – “Olmaz belə!” 

13120

“Əzizbəyov heykəlinin yanından dönüb Parlamentə gedirəm. Məktəbin qarşısında yolun qırağında bərkimiş və çox çirkli qar topaları yığılıb.

5-6 qadın Fərhad kimi külüng çalır, donmuş çirkli qarı parçalayıb yola tökürlər. Başa düşmürəm ki, bu texnologiya əsrində bizim yazıq yaşlı qadınlarımızı niyə traktor əvəzi işlədirlər?”

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev “Facebook” hesabında qeyd edib.

Deputat Bakı Şəhər İcra Hakimiyyətini tənqid edib:

“Məgər şəhər təsərrüfatının maşınları yoxdur? Axı təzələri də alınıb. Bu çirkli qarı niyə yola töküb zibilləyirsiniz? Traktor toplasın, yığsın maşınlara, aparıb töksün ağacların dibinə... O yazıq qadınlar da başqa yüngül təmizlik işləri aparsınlar.

Bakı şəhər icra hakimiyyətinə pis münasibətim yoxdur. Amma, deməliyəm ki, bu bir-iki gündə şəhər təsərrüfatı işlərinin öhdəsindən gələ bilmədi.

Şəhər iflic oldu, mən də iki gün Novxanıda girovluqda qaldım, şəhərə qayıda bilmədim. Olmaz belə!”, - deyə millət vəkili bildirib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO