Heydər Əliyevin 100 illiyinə həsr olunan reproduktiv sağlamlıq üzrə beynəlxalq konfrans KEÇİRİLDİ - FOTO 

Heydər Əliyevin 100 illiyinə həsr olunan reproduktiv sağlamlıq üzrə beynəlxalq konfrans KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Heydər Əliyevin 100 illiyinə həsr olunan reproduktiv sağlamlıq üzrə beynəlxalq konfrans KEÇİRİLDİ - FOTO 

131001

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş mama-ginekologiya, reproduktiv sağlamlıq və qadın sağlamlığı üzrə beynəlxalq konfrans keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə məruzəçilərinin də iştirak etdiyi konfransda ölkəmizin müxtəlif bölgələrindən 150-dən çox mama-ginekoloq və cərrah-ginekoloq, o cümlədən tələbələr və həkim-rezidentlər iştirak ediblər. 

ETMGİ-nin direktoru Cəmilə Qurbanova, Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev, İstanbul Mədəniyyət Universiteti Tibb fakültəsinin Qadın xəstəlikləri və doğum şöbəsinin müdiri Ateş Karateke, mama-ginekoloq Natiq Məhərrəmov və başqaları çıxış edib 

Qeyd olunub ki, əsas məqsəd fövqəladə və təxirəsalınmaz hallarda mamalıq yardımının bütün mərhələlərində hamilə qadınlarla praktik işin səmərəliliyinin artırılması, ana ölümünün qarşısının alınması üçün tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, ana və körpə ölümü hallarının qarşısının alınması, yeniyetmələrin reproduktiv sağlamlığının qorunması olub. 
Konfransda qanaxmaya cərrahi yanaşma, hamiləlik zamanı istifadə olunan dərman preparatları, endometrioma cərrahiyyəsinin yumurtalıq rezervinə təsiri, laparoskopik müalicədə myoma uteri və endometrioz, göstərişlər və tövsiyələr, vakalarla ana ölümlərinin qarşısının alınması üçün yanaşmalar müzakirə olunub. 

Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilati, “Uptodate in Medicine” təşkilatının texniki dəstəyi dəstəyi ilə baş tutub. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO