Xızıdakı partlayış BU SƏBƏBDƏN baş verib - YENİLƏNİB 

Xızıdakı partlayış BU SƏBƏBDƏN baş verib - YENİLƏNİB 

Hazırda oxunan: Xızıdakı partlayış BU SƏBƏBDƏN baş verib - YENİLƏNİB 

130972

Xızıda baş verən partlayışın səbəbi məlum olub. 

Xızı İcra hakimiyyətindən Bizim.Media-nın əldə etdiyi məlumata görə, partlayışa səbəb daha əvvəl adı çəkilən şəxslərin Ağdərə kənd yolunda partlamamış sursatın başlığını çıxarmaları olub. 

İlkin ehtimallara görə, onlar partlamamış sursatın başlıq hissəsini çıxarıb metal kimi satmaq niyyətində olublar. 

Hadisə baş verən ərazi Sumqayıt şəhərinin, Xızı və Abşeron rayonlarının sərhəd nöqtəsi olduğu deyilir.  

Ərazinin ilkin olaraq Xızı rayonuna aid olması ehtimal edilib.


*** 18:51

Xızı rayonunun Ağdərə kənd yolunda baş verən parlayış nəticəsində iki nəfər ölüb, 1 nəfər yaralanıb. 

Xızı İcra Hakimiyyətinin başçısının müavini Arzu Əzizovun Bizim.Media-ya verdiyi məlumata görə, dünyasını  dəyişənlər Sumqayıt şəhər sakinləri - 44 yaşlı Xankişi Yaqub oğlu Quliyev və 17 yaşlı Rəşad Xaliq oğlu Əbilovdur.  

Digər Sumqayıt sakini, 47 yaşlı Bəxtiyar Xocəli oğlu Hüseynov isə ağır xəsarətlərlə Sumqayıt şəhər xəstəxanasına  çatdırılıb. 

Hadisə yerində araşdırma aparılır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO