Azərbaycanın sabiq Daxili İşlər Naziri, general mayor Abdulla Müseyib oğlu Allahverdiyev vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, A.Allahverdiyev Türkiyədə dünyasını dəyişib.
Bildirilib ki, onun nəşi atası, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin doğulduğu Ağstafanın Dağkəsəmən kəndinə gətirilib.
Yaxınlarının verdiyi məlumata görə, sabiq nazir dünyasını dəyişməmişdən öncə doğma kəndlərində, atasının yanında dəfn olunmağı vəsiyyət edib.
Qeyd edək ki, Abdulla Müseyib oğlu Allahverdiyev 1941-ci il may ayının 23-də Odessa şəhərində dünyaya gəlib. 30 il bundan öncə 1993-cü ilin 15 aprelində dəfn günündə general mayor Azərbaycanın Daxili işlər Naziri təyin edilib.
Adbulla Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin oğludur.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 15.04.2023
Sabiq daxili işlər naziri Ağstafada dəfn OLUNDU - FOTO
Hazırda oxunan: Sabiq daxili işlər naziri Ağstafada dəfn OLUNDU - FOTO
Hazırda oxunan: Sabiq daxili işlər naziri Ağstafada dəfn OLUNDU - FOTO
130913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.