Naxçıvanda yaşayan Qərbi azərbaycanlıların VƏTƏN HƏSRƏTİ – VİDEO 

Naxçıvanda yaşayan Qərbi azərbaycanlıların VƏTƏN HƏSRƏTİ – VİDEO 

Hazırda oxunan: Naxçıvanda yaşayan Qərbi azərbaycanlıların VƏTƏN HƏSRƏTİ – VİDEO 

130890

Doğma yurdlarından didərgin düşən Qərbi azərbaycanlıların VƏTƏN HƏSRƏTİ
Naxçıvanın Kəngərli rayonunun qədim tarixə malik Çalxanqala kəndini digər yaşayış məntəqələrindən fərqləndirən əsas xüsusiyyət həm də ötən əsrin sonlarında Qərbi Azərbaycandan məcburi köçüb gələn iki mindən çox soydaşımıza qucaq açmasıdır. 

Hazırda kəndin 2 min 163 əhalisi var. Onların böyük əksəriyyəti ermənilərin öz doğma obalarından didərgin saldığı Qərbi azərbaycanlı soydaşlarımızdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan TV-nin hazırladığı süjetdə bildirilir.

Kənd camaatı bildirir ki, hazırda Çalxanqalada Qərbi Azərbaycanın 20-yə yaxın kəndindən olan 300-dən çox ailə yaşayır. Onlar ata-babalarının doğma yurdda formalaşdırdığı adət-ənənələri burada davam etdirirlər. Əsasən əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olurlar. Bu soydaşlarımız arasında Qurbanovlar ailəsi də var. Ailə 1988-ci ildə Gülüstan kəndindən zorla çıxarılıb və Çalxanqalada məcburi məskunlaşıb.

Ailə başçısı Ağalar Qurbanov yaşadığı kənd məktəbində kimya-biologiya fənnini tədris edir. O hər gün mətbuatı izləyir və dogma yurdlarından xəbər gözləyir.

O bildirir ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının mətnini dəfələrlə oxuyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən və beynəlxalq qurumlara ünvanlanan haqlı tələblər Qərbi azərbaycanlı olaraq onların ürəyindən xəbər verir.

“Mətbuata baxanda görürük ki, Prezident bizimlə, ümumiyyətlə Qərbi Azərbaycandan gələn soydaşlarımızla həmişə bir yerdə olub, qayğımıza qalıb. Prezidentimiz də istəyir ki, biz öz vətənimiz olan Qərbi Azərbaycana qayıdaq, öz yurdumuzda məskunlaşak, öz ev-eşiyimizdə olaq”.

Qərbi Azərbaycanın Zeyta kəndindən olan digər məcburi köçkün Bəxtiyar Həsənov 1989-cu ildən Çalxanqalada tarix fənnini tədris edir. 

O, dərsliklərlə yanaşı, gözü ilə gördüyü və 35 ildir bir an olsun belə yaddaşından silinməyən 1988-1991-ci illərin deportasiyası barədə şagirdlərə ətraflı məlumatlar çatdırır. 

Hazırda məktəbin kitabxanasındakı xəritədə ata-babalarının yaşadıqları yurd yerlərinin adlarını axtaran gənclər həmin yerlərə köçüb gedəcəkləri günləri arzulayırlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO