Müharibə iştirakçısı olmaq necə təsdiq edilir? – Şikayət var!

Müharibə iştirakçısı olmaq necə təsdiq edilir? – Şikayət var!

Hazırda oxunan: Müharibə iştirakçısı olmaq necə təsdiq edilir? – Şikayət var!

13086

II Qarabağ müharibəsində vuruşan Rahib Yusubzadə müharibədə iştirak etdiyi halda hələ də müharibə iştirakçısı adını və sənədlərini geri ala bilmir. 

Bu barədə o özü Bizim.Media-ya məlumat verib.

“Mən "Çinar MMC"-nin sürücüsü olmuşam. Müharibə başlandıqda mülki sürücü heyəti ilə əsgər aparmaq üçün cəbhə bölgəsinə yollandım. Həmin ərəfələrdə tabeliyində olduğu N saylı H/H-nin 2- ci Motoatıcı taboru ilə döyüşlərdə iştirak etmək üçün Füzuli dairəsi Qarğa bazarı deyilən ərazidə döyüşlərə qatıldım.
 

Ehtiyac olduğundan sanitar maşınla yaralıların təxliyyəsində iştirak edirdim. Tabor irəlilədikcə Füzuli rayonun Yağlıvənd ərazisində döyüşlərdə yeddi yaralının təxliyyə və ərzaq sursat təminatında, o cümlədən, şəxsi heyətin döyüş tapşırığı bitdikdən sonra yük maşınları ilə o ərazidən daşınmasını təmin etmişəm.


Ərazidə olan yaralıların silah-sursatlarını yığıb, təhvil verir və motaatıcı alayın bütün döyüşlərində onlarla çiyin-çiyinə olmuşam. Taborun yaralılarının təxliyyəsini, o cümlədən, taborun MTT üzrə müavini kapitan Ş. Abışovun komandanlığı altında taborun sursat və təminatının daşınmasını könüllü olaraq öz üzərimə götürdüm.

Xocavəndin Tuğ kəndi ərazisində, Şuşanın Çanağçı, Qarabulaq ,Saruşen ərazilərində xidmət etmişəm. 27.09.2020-ci ildən 29.11.2020-ci ilə kimi Fizuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşanın azad olunması uğrunda olan döyüşlərdə iştirakımı bütün heyət təsdiq edə bilər. Buna baxmayaraq, müharibə iştirakçısı kimi, hələ də sənədlərimi ala bilməmişəm”.

Ümumiyyətlə, maraqlıdır ki, bu insanlar hara müraciət etməlidir, sənədləşmə işləri necə aparılır?

Hərbi ekspert Ədalət Vəliyev söyləyir ki, sənəd işlərinə dair Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzi və komissiyaları  mövcuddur: 
 

“Bu komissiyalar Gəncə, Bakı, Beyləqan, Sumqayıt, Mingəçevir kimi iri şəhərlərdə yaradılıb. Müharibə iştirakçısı adı isə hələlik heç kimə verilməyib.


Bu istiqamətdə iş aparılsa da hələlik məntiqi bir sonluğu yoxdur. Bu şəxs də getsin hərbi prokrorluğa və hərbi hissə komandirini də çağırsın. Şahidlər olandan sonra yəqin ki, ona sənədləşmə işi həll olunacaq”- deyə əlavə edib.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO