Fazil Mustafaya qarşı terror hücumu BELƏ GERÇƏKLƏŞİB - ANBAAN VİDEO 

Fazil Mustafaya qarşı terror hücumu BELƏ GERÇƏKLƏŞİB - ANBAAN VİDEO 

Hazırda oxunan: Fazil Mustafaya qarşı terror hücumu BELƏ GERÇƏKLƏŞİB - ANBAAN VİDEO 

130839

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror hücumu ilə bağlı video görüntülər yayılıb. 

Bizim.Media haqqin.az-a istinadən xəbər verir ki, video görüntülər deputatın evinin yaxınlığında quraşdırılan müşahidə kameralarından biri tərəfindən lentə alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ailəsi Fazil Mustafanı belə qarşıladı - FOTO/VİDEO


Görüntülərdə millət vəkilinin də olduğu avtomobilə silahlı hücum əks olunub. 

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. 

F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.  

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.  

Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.  

Həmin görüntüləri təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO