Azərbaycanda istiliyin verilməsi müddəti dəyişdirilə bilər.
Bizim.Media xəbər verir ki, “Azəristiliktəchizat” ASC, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparılıb.
Mövcud qaydalara əsasən, noyabr ayının 15-dən aprelin 15-ə qədər davam edən mövsüm xarici havanın temperaturuna əsasən tənzimlənir.
Respublikanın dağ rayonlarında noyabrın 1-dən, Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin noyabr ayının 15-dən istiliklə təmin edilməsinə başlanılmışdır.
Cəmiyyətə məxsus 562 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3866 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 286 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2445 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan vermişdir. Bu məqsədlə 2022-ci ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında ilkin hesabata əsasən 1759 QVt (1 512 740 Qkal) istilik enerjisi istehsal edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 14.04.2023
Sabah Azərbaycanda istilik mövsümü başa ÇATIR
Hazırda oxunan: Sabah Azərbaycanda istilik mövsümü başa ÇATIR
Hazırda oxunan: Sabah Azərbaycanda istilik mövsümü başa ÇATIR
130709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.