Cəlilabaddakı qəzada ölən və xəsarət alanların kimliyi BİLİNDİ - FOTO 

Cəlilabaddakı qəzada ölən və xəsarət alanların kimliyi BİLİNDİ - FOTO 

Hazırda oxunan: Cəlilabaddakı qəzada ölən və xəsarət alanların kimliyi BİLİNDİ - FOTO 

130630

Cəlilabadda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə nəticəsində rayonun Bayxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Şərifov Paşa Əyyub oğlu ölüb, onun həmkəndlisi 1991-ci il təvəllüdlü Sadıqov Məzahir Vaqif oğlu isə ağır xəsarətlər alıb. 

Daha bir şəxs, rayonun Sərxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Nəsirov Fərhad Umidəli oğlu da xəsarət alıb.  

Qeyd edək ki, hadisə bu gün rayonunun Gülməmmədli kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "VAZ 2107" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobili toqquşub.  

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO