Keçmiş arvadını yandıran şəxsə 14 il həbs cəzası verildi

Keçmiş arvadını yandıran şəxsə 14 il həbs cəzası verildi

Hazırda oxunan: Keçmiş arvadını yandıran şəxsə 14 il həbs cəzası verildi

13061

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Simon Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Natiq Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, S.Abbasov 14 il müddətə azadlıqdan məhrum edilib.

 

MÖVZU İLƏ BAĞLI:

Özünü vəzifəli şəxs kimi təqdim etdi, 15 min ələ keçirdi

​​​​​​​
O, Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə ötən il aprel ayında Gəncə şəhərində baş verib. Simon Abbasov boşandığı arvadı 34 yaşlı K. Abbasovanın yaşadığı ata evinə gələrək onun üzərinə benzin tökərək yandırıb. Yaxınları onun paltarını söndürüb və qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İttihama görə, arvadının onun anasına zəng edərək nalayiq ifadə işlətməsindən əsəbiləşən S.Abbasov ondan qisas almaq istəyib.

Hadisə zamanı S.Abbasovun özü də yanıq xəsarətləri alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO