Vəzifəli şəxslər Suqovuşan - Talış yolunda qəzaya düşdülər

Vəzifəli şəxslər Suqovuşan - Talış yolunda qəzaya düşdülər

Hazırda oxunan: Vəzifəli şəxslər Suqovuşan - Talış yolunda qəzaya düşdülər

13057

Tərtər rayonu ərazisində yol qəzası baş verib.

Bizim.Media Report-a istinadən xəbər verir ki, hadisə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

 

MÖVZU İLƏ BAĞLI:

57 yaşlı kişi Cəbrayılda minaya düşdü


Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Nəticədə A.İsmayılov və onun sərnişinləri - Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi - baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi - baş mühasibi Göyüş Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO