Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə veriblər - FOTO

Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə veriblər - FOTO

Hazırda oxunan: Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə veriblər - FOTO

130557

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, igəncə veriblər.

Bizim.Media xəbər verir ki, fotonu “Baqramyan26” teleqram kanalı (Ermənistan hökumətinə aiddir) yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun itkin düşən 2 əsgərinin Ermənistanda saxlanıldığı TƏSDİQLƏNDİ


Görüntülərdə ermənilərin azərbaycanlı əsgərə döyərək işgəncə verdikləri açıq-aydın görünür.
 
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO