“Bu günə qədər apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bölgələrdə bir çox bağçaların ciddi təmirə ehtiyacı var”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
MÖVZU İLƏ BAĞLI:
1700-ə yaxın bağçanın monitorinqi aparılıb - Ciddi problemlər aşkarlanıb
O bildirib ki, hətta bir sıra bölgələrdə bağça açılmasına ehtiyac var və bu istiqamətdə işlər aparılır.
E.Əliyev vurğulayıb ki, bu günə qədər bağçaları çox vaxt qayğı mərkəzi kimi başa düşüblər:
"Hansı ki, valideyni çalışan uşaqlar burada qayğı ilə əhatə olunur. Bütün elmi araşdırmalar isə göstərir ki, bağçalar öyrənmə yeri olmalıdır".
Bizim.Media