Qaxın ucqar kəndlərinin yolları yenidən qurulur - FOTO

Qaxın ucqar kəndlərinin yolları yenidən qurulur - FOTO

Hazırda oxunan: Qaxın ucqar kəndlərinin yolları yenidən qurulur - FOTO

130473

Qax rayonunda uzunluğu 12.5 kilometr olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. 

Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən verilən məlumata əsasən, yenidən qurulan yolun eni 10 metrdir. Yolun 3 kilometr hissəsində işlər artıq yekunlaşıb.

Yolun Qaşqaçay hissəsində 830 və 150 metr uzunluğa malik iki köhnə arx qazılaraq, yenidən tikilib. Uzunluğu 830 metr olan arxın ətrafına 640 p/m səki daşı düzülüb. Layihə üzrə 200 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların da inşası aparılıb.
Layihə çərçivəsində Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası artıq yekunlaşmaq üzrədir. Hazırda körpünün tikintisi üzrə suyönəldici qurğular inşa olunur.

Yenidənqurma işləri 1.5 kilometr uzunluğa malik Malax avtomobil yolunda da aparılıb. Bu hissədə torpaq işləri və yola 2 qat yeni asfalt-beton örtüyünün döşənməsi yekunlaşıb.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO