BİZİM TƏQVİM: 13 apreldə dünyada nələr olub?

BİZİM TƏQVİM: 13 apreldə dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 13 apreldə dünyada nələr olub?

130363

13 aprel tarixində ölkəmizdə və dünyada bir çox önəmli hadisələr yaşanıb. Bu gündə dünyaya gələn, vəfat edən bir sıra məşhurlar da var.

Bizim.Media 13 aprel tarixində baş verən mühüm hadisələri təqdim edir:

1.    1895-ci ilin bu günü qədim Pompeydə aparılan qazıntılar zamanı “Antik xəsis cəngavər” skeleti tapıldı. Skeletin ətrafında külli miqdarda xəzinə - gözəl qolbaqlar, üzüklər, qızıl zəncirlər, 108 əşyadan ibarət gümüş servislər var idi.  Pompeydən tapılan bütün xəzinə gizli şəkildə Rotşildlər ailəsinə satıldı. Alverçilərdən biri bunu açıqladıqdan sonra böyük qalmaqal yaransa da, İtaliya hökuməti xəzinəni geri qaytara bilmədi. Hazırda Pompey xəzinəsi bütünlüklə Luvr muzeyində saxlanılır. 

2.    13 aprel 1870-ci ildə dünyanın ən məşhur muzeylərindən biri olan Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinin əsası qoyulub.

3.    13 aprel 1909-cu ildə Osmanlı imperiyasında II Hökumətin elanından sonra rəhbərliyə qarşı 31 Mart Qiyamı başlayıb. Qiyam rumi təqviminə görə 31 mart 1325-ci ildə başladığı üçün bu adla tarixə düşüb. Baş verən dövlət çevrilişi nəticəsində Sultan II Abdulhamid devrilərək, hakimiyyətə V Mehmet Rəşad gətirilib.

4.    1919-cu ilin 13 aprelində  Türkiyənin Qurtuluş savaşının gedişatında Qars ingilislər tərəfindən işğal olunub.

5.    1945-ci il aprelin 13-də Sovet Ordusu Avstriyanın paytaxtı Vyanaya daxil olub. Lakin faşizmdən azad edilmiş digər ölkələrdən fərqli olaraq Avstriya sosialist düşərgəsinə qoşulmadı.

6.    13 aprel 1999-cu ildə Azərbaycan prezidenti Heydər Əliyevə Beynəlxalq Atatürk Sülh Mükafatı verilməsi qərara alınıb.

13 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.    Fransanın təmsillərlə tanınan şair və yazıçısı Jan de La Fonten (Jean de La Fontaine) 13 aprel 1695-ci ildə həyatdan köçüb. (1621-1695)

2.    Azərbaycanın görkəmli riyaziyyat alimi, akademik Maqsud Cavadov 1902-ci ilin bu günü anadan olub.

3.    Şair, Azərbaycan SSR əməkdar incəsənət xadimi Tofiq Mütəllibov 13 aprel 1929-cu ildə dünyaya gəlib.

4.    Tanınmış Azərbaycan jurnalisti, “Qızıl qələm” mükafatı laureatı, bir neçə kitabın müəllifi Osman Mirzəyev 1937-ci ilin bu günü dünyaya gəlib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən Osman Mirzəyev 1991-ci il noyabrın 20-də Qarabağın Qarakənd səmasında ermənilərin raketlə vurduğu vertolyotun Azərbaycanın ziyalı qaymaqları ilə birlikdə həlak olub. (1937-1991)

5.    Müasir alman ədəbiyyatının tanınmış roman yazıçısı, dramaturq və şairi, Nobel ədəbiyyat mükafatı sahibi Günter Qrass  2015-ci ilin 13 aprelində 84 yaşında dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO