Erməni təxribatının qarşısını alarkən şəhid olan Vidadi Zalovun FOTOSU

Erməni təxribatının qarşısını alarkən şəhid olan Vidadi Zalovun FOTOSU

Hazırda oxunan: Erməni təxribatının qarşısını alarkən şəhid olan Vidadi Zalovun FOTOSU

130224

Bu gün erməni təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri Zalov Vidadi Nizami oğlu Abşeron rayonu Saray qəsəbəsi sakinidir. 

Bizim.Media xəbər verir ki, həmçinin Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var


Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.  

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.  

Allah rəhmət eləsin!




Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO