“2023-cü il ərzində 1500 mənzilin və fərdi evin, şəhid ailələrinə və müharibədə əlil olmuş şəxslərə verilməsi nəzərdə tutulub”.
Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev jurnalistlərə müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid ailələri və əlilliyi olanlara 50 mənzil və fərdi ev verildi - FOTO
Nazir müavini deyib ki, 44 günlük Vətən müharibəsindən sonra 4560, ümumilikdə ötən dövrdə 13360 mənzil və fərdi ev şəhid ailələri və müharibədə əlil olmuş şəxslərə təqdim edilib.
Hidayət Abdullayev Prezident İlham Əliyevin fərman və sərəncamları ilə son 5 ildə 4 sosial islahat paketinin icra olunduğunu, şəhid ailələri və müharibə iştirakçılarına yönələn sosial ödənişlərin də hər ilin əvvəlindən artırıldığı diqqət çatdırılıb.
Nazir müavini qeyd edib ki, şəhid ailələrinin və müharibədə şəhid olmuş şəxslərin mənzil və sosial təminatlarının yaxşılaşdırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Əhməd Fikrətoğlu, Əfqan Pənahoğlu Bizim.Media