"YAP da istisna deyil" - Millət vəkilindən AÇIQLAMA

Hazırda oxunan: "YAP da istisna deyil" - Millət vəkilindən AÇIQLAMA

12977

"YAP hər zaman islahat, yenilik tərəfdarı olub".

Bu sözləri Bizim.Media-ya açıqlayan Yeni Azərbaycan Partiyasının üzvü olan millət vəkili Vüqar İskəndərov bildirdi ki, YAP da ölkədə gedən yeniləşmələrdən kənarda qala bilməz:

 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkili: "Fəaliyyətsiz gənclər təşkilatlarının qeydiyyatını ləğv etmək lazımdır"


"İslahat və yeniliklərin bütün strukturlarda aparıldığı üçün bu reformlar YAP-a da aiddir. II Qarabağ savaşı dövründə siyasi partiyaların birgə bəyanatı Azərbaycandakı yeni siyasi mədəniyyətdən xəbər verir. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasət və uğurlu addımlarının nəticəsidir.

İndiyə qədər YAP üzvü olub, sonradan partiyadan xaric edilənlər var və bundan sonra da olacaq".

Azərbaycanda partiya mənsubiyyətindən asılı olmayaraq hamının qanun qarşısında cavabdeh olduğunu deyən millət vəkili vurğuladı ki, cinayət törədənlər cəzalandırılmalıdır:

"Bunun fərqi yoxdur. Yerli icra hakimiyyəti rəhbərləri, eks nazir və müavinləri, digər məmurlar həbs olundu. Qanun pozanlara heç bir güzəşt edilmir. Cinayət varsa, həmin adam cəzasını çəkməlidir. Elə adamların partiyadan uzaqlaşdırılması da normaldır.

 

 Azərbaycanda da start verilən islahatlar bütün sahələri əhatə edir. Bu baxımdan, YAP da istisna deyil. Çünki bu islahatların fonunda Yeni Azərbaycan Partiyası da dövlətin inkişaf dinamikasına cavab verməlidir.


Bu isə həmişə nəzərə alınıb və proses davam edir. Ümumiyyətlə, ölkə canlı orqanizmdir və islahatlar hər sahəni etdiyi üçün bu, siyasi partiyalara da aiddir.

Ümid edirik ki, reallaşdırdığı islahatlarla YAP digər siyasi partiyalara da örnək olacaq", - deyə Vüqar İskəndərov mövzuya münasibətini yekunlaşdırdı.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO