Sürücü polisin tələbinə məhəl qoymadı - İnzibati həbs olundu

Sürücü polisin tələbinə məhəl qoymadı - İnzibati həbs olundu

Hazırda oxunan: Sürücü polisin tələbinə məhəl qoymadı - İnzibati həbs olundu

129763

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini Rəşad Zeynalov idarə etdiyi “VAZ-2107” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün ona “saxla” işarəsi verilib. Yoxlama zamanı R.Zeynalovun sürücülük hüququnun olmadığı da müəyyən edilib.

Ona törətdiyi qayda pozntuları izah olunsa də, ancaq sürücü polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb.

Həmin şəxs polis şöbəsinə dəvət edilib və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyinə, eləcə də avtomobildə əlavə konstruksiya dəyişikliyinə yol verdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Polis əməkdaşının qanuni tələbinə məhəl qoymadığı üçün isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə R.Zeynalov barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO