Azərbaycanda Nüvə Təbabəti Mərkəzi yaradılır.
Moderator.az Xarici işlər nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, aprelin 15-də çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilib.
Mərkəzin aprelin 15-də rəsmi açılışı olacaq və açılış mərasimində AEBA-nın xa0yüksək vəzifəli rəsmisinin də iştirak edəcəyi gözlənilir.
Xarici işlər naziri Məmmədyarov Vaşinqton Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Yukiya Amano ilə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib və ölkəmizin xa0Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya Düzəlişin Azərbaycan Respublikası tərəfindən təsdiq edilməsi barədə sənədi xa0Baş direktora təqdim etdi.
AEBA-nın baş direktoru isə öz növbəsində bildirib ki, xa0səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə nüvə texnologiyalarının tətbiq olunması barədə məlumat verib. AEBA-nın öz təcrübəsi ilə xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırdı.
Y.Amano AEBA ilə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsini də müsbət addım kimi dəyərləndirib.
Nazir Elmar Məmmədyarov su ehtiyatlarının idarə edilməsi və kənd təsərrüfatı kimi sahələr də daxil olmaqla, AEBA ilə əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin və bu məqsədlə AEBA mütəxəssisləri ilə məsləhətləşmələrin intensivləşdirilməsinin ölkəmiz üçün maraq kəsb etdiyini vurğulayıb.
Görüş zamanı həmçinin Ermənistanda yerləşən və bölgəmiz üçün ciddi təhlükə mənbəyi olan köhnəlmiş “Metsamor”x9d atom elektrik stansiyasının fəaliyyətindən irəli gələn təhdidlər əsas müzakirə mövzusu olub.






























































































