Fazil Mustafanın SON DURUMU – Özündən AÇIQLAMA 

Fazil Mustafanın SON DURUMU – Özündən AÇIQLAMA 

Hazırda oxunan: Fazil Mustafanın SON DURUMU – Özündən AÇIQLAMA 

129592

“Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb. 

O, hər şey yaxşılığı doğru getdiyini bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa yenidən əməliyyat OLUNACAQ


“Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!”. 

Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında sui-qəsd törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO