Həftəsonu ölkənin parklarında GÖZLƏNİLƏN HAVA

Həftəsonu ölkənin parklarında GÖZLƏNİLƏN HAVA

Hazırda oxunan: Həftəsonu ölkənin parklarında GÖZLƏNİLƏN HAVA

129527

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Samur –Yalama milli parkında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Aprelin 8-də axşamdan tədricən kəsiləcək, 9-da əsasən yağmursuz keçəcək. Arabir duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 12-16° isti olacaq. 

Altıağac milli parkında az yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. 

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-14° isti olacaq. 

Ağgöl milli parkında hava şəraitinin sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. 

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq. 

Qızılağac milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq. 

Göygöl milli parkında havanın yağıntılı olacağı gözlənilir. Aprelin 8-də axşam, 9-da əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti olacaq. 

Şirvan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir.

Lakin Aprelin 8-də gündüz az çiskinli olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 18-20° isti olacaq. 

Hirkan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO