Kolbasaların tərkibinə qatılan ZƏRƏRLİ MADDƏLƏR – Ekspertdən SOS

Kolbasaların tərkibinə qatılan ZƏRƏRLİ MADDƏLƏR – Ekspertdən SOS

Hazırda oxunan: Kolbasaların tərkibinə qatılan ZƏRƏRLİ MADDƏLƏR – Ekspertdən SOS

129515

Ölkə ərazisində kolbasa və sosiska məhsullarının istehsalı ilə məşğul olan bir sıra müəssisələrdə ciddi pozuntular aşkar edilib. Bu barədə məlumat yayan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, 6 istehsalçıya məxsus 9 məhsulda uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə etiket məlumatları ilə bağlıdır.

AQTA-nın yaydığı məlumatda adı hallanan şirkətlərdən biri də “Səhliyalı” Kiçik Müəssisəsidir. Müəssisənin sahibi İlham Bəşirov Bizim.Media-ya açıqlamasında bildirdi ki, AQTA-nın bizə iradı məhsulun DNT tərkibi ilə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Keyfiyyətsiz kolbasa-sosiska istehsal edən müəssisələrin ADLARI - SİYAHI


“Məhsulun üzərindəki məlumat kağızında mal əti yazılıb. Amma aparılan analizdə tərkibin fərqli olduğu görünüb. Aşkarlanan isə camış ətidir. Biz isə etiketlərdə camış əti yazmırıq. Ona görə ki, biz ayda 50 ton mal əti istifadə ediriksə, bunun içində cəmi 500 kiloqram və yaxud 1 ton camış əti olur. Bu da çox cüzi olduğu üçün ancaq mal əti yazırıq”.

Məsələ ilə bağlı  Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun da fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, AQTA-nın kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrində uyğunsuzluq aşkarlandığı “Səhliyalı” Kiçik Müəssisəsi, Rəhimovların Ailə Təsərrüfatı, “Sevilən Ad” MMC, “Mir 2016” MMC, “M&T” Ltd firması, “Ovçular Ət və Ət Məhsulları” MMC və digər şirkətlərdir:

“Çox təəssüf ki, bu gün bazarın, təxminən 30 faizi ucuz, keyfiyyətsiz kolbasa, sosiska məhsulları ilə zəbt olunub. Çox yaxşı haldır ki, AQTA bu məsələləri araşdırıb. Yəqin, digər şirkətlər də bundan nəticə götürər. AQTA mütləq xarici kolbasa və sosiska məmumlatlarına da diqqət yetirməlidir. Düşünürəm ki, əvvəl oradan başlamalı idi”.

Eyyub Hüseynov daha vacib bir məsələyə də toxunub:

“Kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya, heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr də əlavə olunur.

Kolbasa məhsullarına əlavə olunan nitratlar məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır. Kolbasa-sosiska məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır ki, orqanizmdə kalsium və fosforun balansını pozur. Son illərdə isə kolbasa və sosiskaları hazırlamaq üçün heyvan tullantılarından və soyadan hazırlanmış protein tozundan istifadə geniş yayılıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO