31 obyektdə pozuntular aşkarlandı

31 obyektdə pozuntular aşkarlandı

Hazırda oxunan: 31 obyektdə pozuntular aşkarlandı

12950

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 23 fevral 2021-ci il tarixində ölkə üzrə 363 ictimai iaşə obyektində 640 monitorinq keçirilib.

Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO