Şəkidə ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ

Şəkidə ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ

Hazırda oxunan: Şəkidə ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ

129414

Şəkidə ər-arvad dəm qazından zəhərlənib. Hadisə bu gecə rayonun ucqar kəndlərindən birində qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosu Şəki rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, rayonun Şəki kənd sakinləri 35 yaşlı Zakir Cəlolov və onun həyat yoldaşı, 37 yaşlı Rəsmiyyə Cəlolova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.

Ərlə-arvad yaxınlarının köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. 
 

Həyata keçirilən tibbi müayinə və müalicələrdən sonra xəstələrin vəziyyəti stabilləşib, həyatları üçün təhlükə aradan qalxıb. 

Zəhərlənmə hadisəsinin təfərrüatları ilə bağlı araşdırmalara başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO