Oğuzun Başdaşağıl kəndinə dolu düşüb

Oğuzun Başdaşağıl kəndinə dolu düşüb

Hazırda oxunan: Oğuzun Başdaşağıl kəndinə dolu düşüb

129413

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə dolu düşüb. Proses radar sistemləri ilə müşahidə edilib.

Bizim.Media Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bildirir ki, qar örtüyünün hündürlüyü Şahdağda 9, Qrızda 2 santimetr olub.

Yağan yağıntının miqdarı: Qaxda 37.0 millimetr (aylıq normanın 29 faizini), Mingəçevirdə 33.0 millimetr (aylıq normanın 96 faizini), Şəkidə 22.0 millimetr (aylıq normanın 24 faizini), Ağdamda 20.0 millimetr (aylıq normanın 41 faizini), digər rayonlarda düşən yağıntının miqdarı 5.0-11.0 millimetr olub.

Aprelin 6-da Oğuz rayonu Başdaşağıl kəndi ərazisinə saat 16:00-16:20 radələrində diametri 12-17 millimetr, Şəki rayonu ərazisinə xırda dənəli dolu, saat 18:00 radələrində isə Qax rayonunun Cəlayır, Qıpçaq, Üzümlü, Vərəzət kəndlərinə dolu düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO