Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə TƏMİN OLUNDU 

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə TƏMİN OLUNDU 

Hazırda oxunan: Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə TƏMİN OLUNDU 

129368

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, 2023-cü ilin ilk rübündə əhalinin internet xidmətlərinə olan tələbatının təmin edilməsi məqsədilə Naxçıvan şəhərində, Culfa və Kəngərli rayonlarında mövcud avtomat telefon stansiyalarının internet tutumu artırılıb ki, nəticə etibarı ilə ümumilikdə 550-dən artıq istifadəçinin internetə olan tələbatının ödənilməsinə şərait yaranıb. 

İlk üç ayda 487 abonent yeni stasionar telefon xətti ilə, 1 646 abonent isə genişzolaqlı internetlə təmin olunub. GPON (Giqabyte Passive Optical Network-Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində isə 38 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb. 
Nazirliyin aidiyyəti mütəxəssislərinin iştirakı ilə muxtar respublikanın şəhər, rayon və kəndlərində monitorinqlər aparılıb rabitə xətlərində yaranmış nasazlıqlarla bağlı olaraq yenilənmə işləri görülüb, yeni fiber-optik xətlər çəkilib, yeni paylayıcı şkaflar quraşdırılıb, istismara yararsız rabitə xətləri yeni xətlərlə əvəz edilib, yeni abonent qutuları əlavə edilməklə rabitə xətt təsərrüfatında olan digər nasazlıqlar aradan qaldırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO