Axtarışda olan şəxs Moldovadan Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan şəxs Moldovadan Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Axtarışda olan şəxs Moldovadan Azərbaycana GƏTİRİLDİ

129233

Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında"  22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Türkiyə Respublikasının vətəndaşı Kıvcı Abdulkadirin ekstradisiyası haqqında qərar qəbul edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində istintaq olunan cinayət işi üzrə Kıvcı Abdulkadirin qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Kıvcı Abdulkadir Moldova Respublikasının ərazisində saxlanılaraq aprelin 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO