Sabirabad əmək yarmarkasına 200-dək vakant iş yeri ÇIXARILDI - FOTO

Sabirabad əmək yarmarkasına 200-dək vakant iş yeri ÇIXARILDI - FOTO

Hazırda oxunan: Sabirabad əmək yarmarkasına 200-dək vakant iş yeri ÇIXARILDI - FOTO

129102

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Sabirabadda əmək yarmarkası keçirilib.

Bizim.Media-nın Aran bürosu verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, deputat Ramin Məmmədov və Mil-Muğan Regional Məşğulluq filialının müdiri İlham Quliyev yarmarkada iştirak ediblər.

Çıxışları zamanı ölkə başçısının rəhbərliyi ilə Məşğulluq Agentliyinin fəaliyyətinin genişləndirilməsi, vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə dövlət proqramlarının həyata keçirilməsindən danışıblar.
Belə əmək yarmarkalarının təşkil olunması nəticəsində işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edildiyi vurğulanıb.

Həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib.

Əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilindən, sosial qayğıya ehtiyacı olan ailələr üçün yaradılan özünüməşğulluq imkanlarından bəhs edilib. Əmək yarmarkasında 13 müəssisə üzrə 195 vakansiya təqdim olunub.

Həmçinin 14 şəxsin peşə hazırlığına cəlb olunması üçün şərait yaradılıb, əlavə olaraq işə götürənlər üçün xüsusi müsahibə otağı təşkil edilib. 

İşğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında da müraciət edənlərə detallı məlumatlar verilməsi üçün xüsusi pəncərə yaradılıb. Bundan başqa, vətəndaşlar aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq haqqında ətraflı məlumatlandırılıblar. 

Tədbir iştirakçıları əmək yarmarkasında təklif olunan iş yerləri ilə tanış olublar. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib.

Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb. 







Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO