Çəkisi az, dadı yox... – “Keyfiyyətsiz çörək istehsal edən sexlərin adları açıqlansın”

Çəkisi az, dadı yox... – “Keyfiyyətsiz çörək istehsal edən sexlərin adları açıqlansın”

Hazırda oxunan: Çəkisi az, dadı yox... – “Keyfiyyətsiz çörək istehsal edən sexlərin adları açıqlansın”

129090

Əhali tərəfindən ən çox istifadə olunan çörək əvvəlcə ətrini, daha sonra dad-tamını itirdi. Proses bununla da bitmədi. İstehsal olunan çörəklərin keyfiyyəti yox olmağa başladı. 

Ən ciddisi isə məhsulların nə qədər gigiyenik ortamda hazırlandığı sual işarəsi olaraq qalır. Çörək zavodlarında çalışan insanlar bəzən öz “sirlərinin” üstünü açırlar. “Əgər çörəyin hansı şəraitdə hazırlandığını görsəniz, dilinizə vurmazsınız” deyənlər də var. 
Əhali isə çörəkdən istifadə etməyə məcburdur. Buna görə də hansı şəraitdə və necə hazırlanmasından asılı olmayaraq tələb var. Nə qədər inkar edilsə də, bu gün mağazalarda olan yüzlərlə çörək növləri arasından (lavaş çörəyi də daxil) sadəcə bir neçə seçim etmək olur.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu günlərdə çörək istehsalı müəssisələrində keçirdiyi monitorinqlərin nəticəsini açıqladı.

Müayinə üçün 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib.

11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.

Onu da qeyd edək ki, işində nöqsanlar  aşkarlanan çörək istehsalçılarından sadəcə biri Bakı şəhərində, digəri Abşeron rayonunda yerləşən müəssisə olub. Qalanları isə bölgələrdə yerləşən çörəkçilərdir.

Əhali arasında apardığımız kiçik sorğudan məlum oldu ki, insanlar aparılan monitorinqlərdən sonra nöqsanlı olan çörək sexləri ilə yanaşı, keyfiyyətli məhsul hazırlayan müəssisələrin də adlarının açıqlanmasını istəyir.

Belə ki, əhali aldığı məhsuldan əmin olmaq, yüzlərlə seçim arasından hansı məhsulu seçməli olduğunu bilmək istəyir. Mütəxəssislər isə düşünür ki, bu addım çörək istehsalı ilə məşğul olanlar arasında rəqabətə və dolayısıyla məhsulun daha yaxşı hazırlanmasına səbəb ola bilər.

Çörəyin daşınması da problem olaraq qalır…     

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkənin çörək istehsalı biznesi ən çox liberallaşmış sahə olsa da, təəssüf ki, problemlər yenə də yaşanır: 
 

MÖVZU İLƏ BAĞLI:

Yediyimiz qara çörəklərə meyit dərmanı vurulur? – ŞOK TƏFƏRRÜAT


“Əslində, rəqabət olan mühitdə keyfiyyətli mallar olmalıdır. Təəssüflər olsun ki, ölkənin çörək biznesi seqmentində bu hal müşahidə olunmur. Çörəklə bağlı bizə həftədə 3-4 telefon zəngi gəlir. Çörəyin çəki məsələsi önə çəkilir. Apardığımız araşdırmaya görə, çəkiyə nəzarət edən yoxdur.

Keyfiyyət məsələsi isə, ümumiyyətlə, ortalıqda qalıb. İllərdir bu məsələ ilə heç kim məşğul olmur. AQTA ancaq təhlükəsizliyə nəzarət etdiyi üçün keyfiyyət və markalanma məsələsi havada qalıb. Amma məndə olan məlumata görə, AQTA artıq keyfiyyət və markalanma məsələsi ilə də maraqlanır”.
AİB sədri bildirib ki, çörəyin markalanması ilə bağlı ciddi problemlər yaşanır. Belə ki, çörəklərin keyfiyyəti, saxlanma şəraiti əhalini çox narahat edir: 

“Çörəyin daşınma məsələsində ciddi problemlər var. Səhər erkəndən məhsulu gətirib kiçik mağazaların qarşsında bir yerə asır və ya qoyub gedirlər. Çörəklərə it-pişik də toxunur. Dükan sahibi sonradan gəlib məhsulu satır.

Bu məlumatları bizə əhali verir. Eləcə də markalanmada aldatma var. Üzərində mayasız çörək olduğu yazılır, amma mayalı olur. Dietik olmayan çörəyin üstündə dietik olduğu yazılır və s.”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO