Azərbaycanlı şair Ərdoğana şeir yazdı - Ad günü hədiyyəsi

Azərbaycanlı şair Ərdoğana şeir yazdı - Ad günü hədiyyəsi

Hazırda oxunan: Azərbaycanlı şair Ərdoğana şeir yazdı - Ad günü hədiyyəsi

12906

Qarabağ münaqişəsi başlandığı gündən Türkiyə həmişə yanımızda olub. Xüsusən 44 günlük Vətən müharibəsi zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə rəsmilərinin, türk xalqının birmənalı siyasi-mənəvi dəstəyi Qarabağ Zəfərinin qazanılmasında mühüm rol oynayıb.  

Azərbaycanda Ərdoğan haqq-ədalət uğrunda yorulmaz mübariz kimi tanınır və sevilir.

Fevralın 26-da onun doğum günüdür. Bu əlamətdar günlə bağlı azərbaycanlı şair Süleyman Əlisa qardaş ölkənin liderinə “Rəcəb Tayyib Ərdoğan” adlı şeir yazıb.

Bizim.Media həmin şeirdən bir parçanı sizə təqdim edir:

İllərin sınağından
Uğurla çıxa bildi.
Günəştək işıq saçdı,
Şimşəktək çaxa bildi.

Arzu, istəyi birdir,
Fikri, məqsədi birdir.
Haqq, ədalət uğrunda
Can qoyur neçə ildir...

Qeyd edək ki, bu şeir əsasında videokompozisiya da hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO