Laçınlı uşaqlar Zabux və Susa qayıdacağı günü gözləyirlər - VİDEO

Laçınlı uşaqlar Zabux və Susa qayıdacağı günü gözləyirlər - VİDEO

Hazırda oxunan: Laçınlı uşaqlar Zabux və Susa qayıdacağı günü gözləyirlər - VİDEO

128999

Laçın rayon sakini olan uşaqlar valideynlərindən eşitdikləri və xəyallarındakı Zabux və Sus kəndlərinə qayıdacağı günü səbrsizliklə gözləyirlər.

Bizim.Media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı videoçarxlar hazırlayıb.

Videoçarxlarda məcburi köçkün ailələrdə böyüyən uşaqların işğaldan azad edilmiş doğma yurda qayıtmaq istəyi əks olunur. Onlar ekran əsərində öz arzu və xəyallarından söz açır, hələ üzünü görmədikləri, amma haqqında böyüklərin həsrət və sevgi ilə danışdıqları yerlərdə evlər tikəcəkləri, orada yaşayacaqları və işləyəcəklərindən bəhs edirlər.
Laçın rayonunun Zabux və Sus kəndlərindən olan uşaqlar da onlardan biridir. Bu uşaqlar Bakıda müxtəlif müvəqqəti məskunlaşma obyektlərində ailələri ilə birgə məskunlaşıb.

Onlar valideynlərindən eşitdikləri, xəyallarındakı Zabux və Susa qayıdışla bağlı səmimiyyətlə danışır. Onların Böyük Qayıdışdan öncəki arzuları Laçında çin olacaq və şirin bir xatirəyə çevriləcək.

İşğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı Dövlət Komitəsinin hazırladığı videoçarxların qəhrəmanları tezliklə doğma yurda geri dönəcək həmvətənlərimizdir. Onların aralarında məktəblilər də var.

Keçmiş məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər.
 




Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO