1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.
Bizim.Media xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Psixiatriya Xəstəxanasının baş həkimi: “O yeniyetmənin müalicəyə ehtiyacı yoxdur”
A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.
Onu da bildirək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı tez-tez hallandırılır.
Bizim.Media