Azərbaycan ildə 4 milyon xarici turist qəbul etməyi HƏDƏFLƏYİR

Azərbaycan ildə 4 milyon xarici turist qəbul etməyi HƏDƏFLƏYİR

Hazırda oxunan: Azərbaycan ildə 4 milyon xarici turist qəbul etməyi HƏDƏFLƏYİR

128803

Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləyir.

Bizim.Media xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF 2023") açılış mərasimində bildirib.

Bundan başqa, onun sözlərinə görə, yaxın 3 ildə yerli turistlərin illik sayının isə 6 milyona çatdırılması nəzərdə tutulur.

"Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var və bu məsələ bizim üçün prioritetdir. Hazırda əsas məqsədimiz koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmi bərpa etmək, daha böyük inkişafa nail olmaqdır. Ötən il Azərbaycana 1,6 milyon turist səfər edib. Bu da 2019-cu ilin göstəricisinin 50 %-i deməkdir”, - deyə F.Nağıyev qeyd edib.
Sədr həmçinin deyib ki, 2026-cı ildə turizm və ictimai iaşə sektorunda ümumi daxili məhsul (ÜDM) istehsalının 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı, bu sahədə ildə 20 % artım olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO