“ABU-ya daxili müsabiqə ilə qəbul olmuşdum” — Deputatdan “saxta diplom” iddiasına CAVAB

“ABU-ya daxili müsabiqə ilə qəbul olmuşdum” — Deputatdan “saxta diplom” iddiasına CAVAB

Hazırda oxunan: “ABU-ya daxili müsabiqə ilə qəbul olmuşdum” — Deputatdan “saxta diplom” iddiasına CAVAB

128657

Milli Məclisini deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olan Əliabbas Salahzadə saxta diplomu ilə bağlı iddialara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, Əliabbas Salahzadə demokrat.az-a açıqlamasında dipomunun saxta olmadığını söyləyib:
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin deputatı Əliabbas Salahzadənin diplomu saxtadır? – DETALLAR 


“Vikipediya səhifəmdə kimsə xəbərim olmadan dəyişiklik aparıb, təhsil aldığım illəri  və universitetin adını dəyişib, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.

Deputat fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil alıb-almaması ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Mən 1997-ci ildə Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsinə qəbul olub, 2002-ci ildə oranı bitirmişəm. İlk ali təhsilim də bura olub. 

1997-ci ildə həm də ABU-ya qəbul olmuşdum, amma cəmi 6-7 ay burada təhsil alıb, sonra təhsilimi yarımçıq buraxmışam. Mən ABU-ya TQDK imtahanı ilə deyil, Beynəlxalq Universitetin öz daxili müsabiqəsi ilə qəbul olmuşdum. O vaxtı ABU-da xeyli pulum da batdı”.

Deputat Əliabbas Salahzadə Milli Aviasiya Akademiyasından aldığı diplomunun sürətini də redaksiyamıza təqdim edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO