İşçilərə fasilələr verin və ya işi dayandırın - Əmək Müfəttişliyi xəbərdarlıq etdi

İşçilərə fasilələr verin və ya işi dayandırın - Əmək Müfəttişliyi xəbərdarlıq etdi

Hazırda oxunan: İşçilərə fasilələr verin və ya işi dayandırın - Əmək Müfəttişliyi xəbərdarlıq etdi

12863

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində fevral ayının 23-ü gecədən başlayaraq hazırda davam edən küləkli, qarlı hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edir.

 

MÖVZU İLƏ BAĞLI:

Qardan sonra Bakı küçələri - FOTOREPORTAJ


Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müşahidə olunan hava şəraitinin davam etdiyi müddətdə açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülməlidir.
 

Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.


Məcəlləyə 2-ci Əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır.

Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

 

Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.


Əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir.

İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO