Milli Məclisin üzvü Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun iştirakçıları olduqları iddia edilən şəxslərin kimliyi məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı 4 nəfər TUTULUB
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Baku ES" Telegram kanalı yayıb.
28.03.2023-cü ildə millət vəkili Fazil Mustafa Qəzənfər oğluna qarşı törədilmiş silahlı hücumun iştirakçıları bunlardır:
Təşkilatçı - Səricanov Azər Kamran oğlu 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2010-2019-cu illərdə 11 dəfə İran İslam Respublikasına səfər edib.
Köməkçi - Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2013-2018-ci illərdə 9 dəfə İran İslam Respublikasına səfər edib.
Atəş açan - Şirinov Səbuhi Vəliyəddin oğlu 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illərdə 15 dəfə İran İslam Respublikasına səfər edib.
Bizim.Media